Accessibility links

Yeni Zelandiyada məscidə hücum edən şəxsə terror ittihamı irəli sürülüb


Yeni Zelandiya rəsmiləri mart ayında Kraystçörçdəki iki məsciddə 51 nəfəri öldürən ağdərili supremasistə terror itihamı irəli sürüb.

Avstraliyalı Brenton Tarranta qarşı irəli sürülən bu yeganə ittiham Yeni Zelandiyanın Əl-Qaidənin Nyu York və Vaşinqtona hücumlarından sonra 2002-ci ildə qəbul etdiyi Terrorizmin Qarşısını Almaq Aktı altında irəli sürülən ilk ittihamdır.

Prokurorlar həmçinin bu ayın əvvəli xəstəxanada həyatını itirən bir nəfərin ölümü səbəbilə ona qarşı əlavə cinayət və iki cinayətə təşəbbüs ittihamları ilə bilikdə ümümilikdə 40 ititham irəli sürüb.

Brenton Tarrant
Brenton Tarrant

Hücumda ölənlərin ailə üzvləri və hücumdan sağ qurtula bilən təxminən 200 nəfərdən ibarət qrup polislə keçirilən özəl görüş zamanı bu ittiham barədə məlumatlandırılıb.

28 yaşlı Tarrant martın 15-də Əl-Nur və Linvud məscidlərinə etdiyi hücumu başına taxdığı kamera vasitəsilə Facebookda canlı yayımlayıb.

​Hazırda o, maksimum səviyyədə qorunan həbsxanada saxlanılır. Orada onun əqli baxımdan mühakimə oluna bilib-bilməyəcəyini müəyyən etmək üçün Tarrant psixiatrik testlərdən keçir. Onun növbəti məhkəməsi iyunun 14-də təyin olunub.

28 yaşlı Tarrant hücumdan öncə 30-dan çox insana, o cümlədən baş nazir Casinda Ardernə email vasitəsilə uzun ağdərili millətçi manifesti göndərib. Deyilənə görə, həmin bəyannamədə o, müsəlmanları pisləyib və immiqrantları “işğalçı” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG