Accessibility links

Yeni Zelandiyada məscidə hücumdan sonra silahlar toplanır


Yeni Zelandiyada mart ayında məscidlərdə baş verən güllələmələrə cavab olaraq hökümət Kraystçörç şəhərində şənbə günü ilk ictimai silah-toplama tədbirini keçirib. 51 nəfərin ölümü ilə nəticələnən hücumda istifaə olunan silahlara sahib olmaq qadağan olunub.

Kraystçörçdə artıq qeyri-qanuni hesab edilən silahlarını təhvil verməyə hazırlaşan silah sahibləri cıdır meydanına toplaşıb. Bu, Yeni Zelandiyada keçiriləcək 250-dən çox silah toplama tədbirlərindən ilkidir. Polis on minlərlə silahın təhvil veriləcəyini təxmin edir, lakin dəqiq rəqəm hələ ki, bilinmir.

Kraystçörçdə 51 nəfərin ölümü ilə nəticələnən iki məscidə hücumlardan sonra yarı-avtomatik silahlar qadağan olunub.

Yeni Zelandiya Polis Assosiasiyasından Kris Kahill silahların geri alınma proqramının problemsiz həyata keçiriləcəyini düşünür.

“Biz bilirik ki, silah sahiblərinin çoxu qanuna əməl edən vətəndaşlardır. Onlar bu cür odlu silahlarını təhvil verdiklərinə görə kədərlənsələr də, bunun nə üçün olduğunu bilirlər və qanuna əməl etmək istəyirlər”, o deyib.

Yarı-avtomatik silah sahiblərinə kompensasiya ödəmək üçün 130 milyon dollardan çox pul ayrılıb. Hər şəxsin alacağı pulun məbləği isə silahlarının dəyəri və vəziyyətindən asılı olacaq.

Lakin bəzi silah sahibləri kompensasiyanın qənaətbəxş olmamasında narazıdır. Bundan əlavə ov və dezinseksiya üçün odlu silahlardan asılı kənd təsərrüfatı ilə məşğul olan icmalara da hərbi tipli yarı-avtomatik silahlara tətbiq olunan qadağa səbəbilə ziyan dəyəcəyi gözlənilir.

Yeni Zelandiya rəsmiləri ümid edir ki,bu proqram 1996-cı ildə Tazmaniya adasında baş verən qətliamdan sonra Avstraliyada həyata keçirilən silah toplama kampaniyası kimi uğurlu keçəcək. O zaman silahlı şəxsin 35 nəfəri öldürməsindən sonra 700 min silah təhvil verilmişdi.

Kraystçörçdə silahların toplanması bazar gününədək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG