Accessibility links

Yeni Zelandiyada meşə yanğınları 100-dən çox ailəni evlərini tərk etməyə məcbur edib


Yeni Zelandiyanın cənub adasında meşə yanğını minlərlə hektar əraziyə yayılaraq, insanların əmlakını məhv edib. Çərşənbə günü rəsmilərin verdiyi məlumata görə, yanğının yayıldığı ərazidə insanlar evlərini tərk etməli olub.

Nelson şəhəri yaxınlığında çərşənbə axşamı başlayan yanğın gecə ərzində 1870 hektar əraziyə yayılıb.

Könüllü və məcburi şəkildə evlərini tərk edən ailələlərin sayı 100-dən çoxdur. İnsanlar mülki müdafiə mərkəzlərinə yerləşdirilib. Evlərin yanması haqda xəbərlər yayılsa da, həlak olanlar və ya xəsarət alanlar haqda məlumat yoxdur.

Yanğınsöndürənlər deyirlər ki, yanğının dayandırılması dörd günə qədər vaxt ala bilər.

XS
SM
MD
LG