Accessibility links

Yeni Zelandiyada silahlara məhdudiyyətin təsdiqlənməsi prosesi başlanıb


Yeni Zelandiya qanunvericiləri bu yaxınlarda iki məsciddə baş verən kütləvi qırğın hadisəsinin ardınca yeni silah məhdudiyyətlərini təsdiqləməyə doğru ilk addım atıb.

İlk səsvermədə qanun 119-un 1-ə səs çoxluğu ilə təsdiqlənib. Yeni qanunvericilik martın 15-i Kraystçörç şəhərində 50 nəfərin ölümünə səbəb olan Əl-Nur və Linvud məscidlərinə hücumlarda istifadə edilmiş silahlara bənzər hərbi stildə yarı avtomat tüfənglər və avtomat hücum tüfənglərinin satışına qadağa qoyur.

Qanun həmçinin, böyük tutumlu güllə daraqlarını və adi tüfənglərin sürətli atan hücum silahlarına çevrilməsinə imkan verən aksesuarları qadağan edir.

Qanunun qəbul olunması üçün təklif daha iki dəfə parlamentdə səsverməyə qoyulacaq.

Rəsmilər 28 yaşlı Avstraliya vətəndaşı Brenton Harris Tarrantı hücumla əlaqədar ölüm cinayətində təqsirli tanıyıb. Özünü ağ irqçi elan edən və hücumdan bir gün sonra ilkin məhkəmə dinləmələrində cinayət törətdiyini etiraf etməyən Brentonun növbəti məhkəməsi cümə günü keçiriləcək.

XS
SM
MD
LG