Accessibility links

Yeni Zelandiyada məscidlər hücumdan 8 gün sonra yenidən ictimaiyyətə açılıb


Yeni Zelandiyada Kraystçörçdə baş verən terror hücumundan bir həftə sonra iki məscid qapılarını ictimaiyyətə yenidən açıb.

Şənbə günü 50 qurbandan 40-nın öldürüldüyü Əl Nur məscidində dəhşətli hadisəyə dair heç bir fiziki əlamət qalmayıb.

Güllə izlərinin olduğu yerlər yeni boya ilə boyanıb, pəncələr dəyişdirilib.

Şənbə günü məscidi ziyarət edənlərin arasında hücumdan sağ çıxan və qurbanları tanıyan insanlar olub.

Müsəlman icmasının üzvləri Əl Nur məscidi ziyarət edir
Müsəlman icmasının üzvləri Əl Nur məscidi ziyarət edir

“Ailələrini itirənlər əlbəttə ki, çox emosionaldır. Hadisə anında burda olanlar üçün isə xatirələr canlanır” – deyə, Kanterberi Müsəlman Assosiasiyasının prezidenti Şaqat Xan bildirib.

Sevgi Naminə Yürüş

Bundan əlavə şənbə günü Kraystçörçdə Sevgi Naminə Yürüş keçirilib. İnsanlar səssiz şəkildə yürüş edib. Plakatların birinin üzərində “müsəlmanlar qəbuldur, irqçilər yox” şüarı yazılıb.

"Biz nifrətin bu kimi zamanlarda karanlığa səbəb olduğunu düşünürün. Şəhəri qaranlıqdan çıxarmağın ən güçlü yolu isə sevgidir", yürüşün tələbə təşkilatçılarından 16 yaşlı Manala Batler deyib.

Kütləvi dəfn

Cümə günü qurbanların 26 üçün kütləvi dəfn mərasimi keçirilib.

Bundan əlavə cümə günü Əl Nur məscidinin yanındakı bir parkda azan oxunub.

Rəsmilər qurbanların azı iki qohumu həyatını itirib. Onlardan biri İordaniyadan hücumda öldürülən oğlunu görmək üçün gələn qadın şənbə gecə həyatını itirib. Polis Fransa Xəbər Agentliyinə bildirib ki, bir başqa qohum da dünyasını dəyişib, lakin əlavə detal paylaşmayıb.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern hücumdan sonra müsəlman icmasına verdiyi dəstəyə görə alqışlanıb. Ardern hücuma məruz qalan insanları ziyarət edərkən başına örtük örtüb. Bunun nəticəsində digər yeni zelandiyalı qadınlar da eyni hərəkəti edib.

Yeni Zelandiya höküməti bütün yarı-avtomatik və avtomatik hücum silahlarını qadağan edib.

Dubay lideri Şeyx Məhəmməd bin Rəşid Əl Maktu cümə günü Twitter-də Ardernə təşəkkür edib.

O həmçinin Ardernin şəklini dünyanın ən hündür binası hesab edilən Bürc Xəlifə üzərində əks etdirib.

Rəsmilər 28 yaşlı avstraliyalı Brenton Harris Tarrantı 50 nəfərin ölümü ilə nəticələnən hücumu törətməkdə günahlandırıb. O, hadisə səbəbilə həbs olunan yeganə insandır və ona qarşı qətl ittihamı irəli sürülüb.

Tarrantın növbəti məhkəməsi aprelin 5-də baş tutacaq. Mətbuatda yer alan xəbərlərdə Tarrantı məhkəmədə özünün təmsil edəcəyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG