Çərşənbə axşamı Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ABŞ Prezidenti Donald Trampın ölkəsinin koronavirus hallarında böyük bir artım olduğuna dair iddialarını rədd edərək, iki ölkə arasında heç bir müqayisə olmadığını bildirib.
Bazar ertəsi Minnesotada kampaniyası əsnasında bir çox ölkələrin Yeni Zelandiyanı pandemiya ilə mübarizədə nümunə göstərsə də, Tramp orada vəziyyətin “dəhşətli” olduğunu deyib.
Lakin Vellinqtonda jurnalistlərlə danışan Ardern dünyada pandemiya ilə bağlı baş verənlərə diqqət ayıran hər kəsin "ABŞ-da on minlərlə müqayisədə Yeni Zelandiyada gündə doqquz yoluxma halının müqayisə edilə bilməcəyini" görəcəyini deyib.
Ötən həftə Yeni Zelandiyada təkcə Ouklanddakı ailədə bir evdə dörd yeni COVID-19 halı aşkar edilib. Bundan əvvəl ən azı 102 gündə ölkə daxilində yoluxma halı qeydə alınmamışdı. COVID-19 koronavirusun yaratdığı xəstəlikdir. Çərşənbə axşamı günü on üç yeni infeksiyanın olduğu bildirilib. Rəsmilər avqustun 26-na kimi Ouklandda məhdudiyyətləri yenidən tətbiq edib.
Qlobal miqyasda infeksiya hallarını izləyən Johns Hopkins Universitetinin məlumatlarına görə, hazırda ölkədə 1640-dan çox təsdiqlənmiş infeksiya var.
5 milyon əhalisi olan Yeni Zelandiyada 22 ölüm halı qeydə alınıb. Bu isə ölüm nisbətinin hər 100 min nəfərə 0,44 olduğunu göstərir. ABŞ-da isə ölüm nisbəti hər 100 min nəfərə 5,21-dir. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Təxminən 330 milyon əhalisi olan ABŞ-da 5.4 milyondan çox yoluxma və 170.000 ölüm halı qeydə alınıb.