Accessibility links

Yeni Zelandiyanın səhiyyə naziri istefa verib


Yeni Zelandiyanın səhiyyə naziri David Klark koronavirus böhranının idarə etməsi ilə əlaqədar yaranmış son mübahisələrdən sonra istefa verib.

Klark xaricdən qayıdan səyahətçilər üçün tətbiq olunmuş sərt karantin qaydalarının pozulması və məhdudiyyət tədbirlərinə məhəl qoymayaraq ailəsini çimərliyə aparması səbəbindən tənqid olunurdu.

Sərhədlərin bağlanması və sərt məhdudiyyət tədbirləri Yeni Zelandiyada koronavirusun nəzarət altına alınmasına kömək etmişdi. Rəsmilər son yoluxmalarda virusun icmalar arasında yayılması ilə əlaqədar sübutların olmadığını bildirir.

Lakin David Klark yol verdiyi səhvlərin əvəzini ödəyib. Keçmiş səhiyyə naziri Yeni zelandiyalılara evdə qalmaq əmri verilərkən səyahət məhdudiyyətlərini pozduğunu etiraf edib.

Ailəsini çimərliyə aparmaq üçün qaydaları pozduqdan sonra o da maliyyə naziri kimi vəzifəsindən istefa verib. Klark bu pozuntulardan sonra özünü "ağılsız" adlandırıb.

Bundan əlavə o, geri dönən səyahətçilərin lazımi qaydada testdən keçirilməməsinə görə də tənqid olunurdu.

Əsas səs-küyə səbəb olan məsələ isə iki qadının ölməkdə olan yaxınlarına baş çəkməsi üçün məcburi karantindən erkən buraxılması olub. Daha sonra hər iki qadının da koronavirus daşıyıcısı olduğu müəyyən edilib.

"Səhiyyə naziri vəzifəsini icra etmək bu son bir neçə ay ərzində mütləq bir imtiyaz oldu"ğunu deyən Klark əlavə edib ki, "Sağlamlığın çətin bir portfel olduğu sirr deyil. Var gücümlə çalışırdım. Lakin indi mənə aydın oldu ki, vəzifəyə davam etməyim hökuməti COVID-19 və qlobal pandemiyaya qarşı reaksiyadan yayındırır."

Baş nazir Jacinda Ardern pandemiyaya ilə mübarizə aparanların Yeni Zelandiya xalqının etimadını doğrultmağın vacib olduğunu söyləyib.

Müxalif Milli Partiya həftələrdir Klarkın istefasına çağırış edirdi.
Hökumət keçən ay xəstəliklə mübarizə məqsədi ilə tətbiq olunmuş ən sərt nəzarət tədbirlərinə son qoyub. Yeni Zelandiyanın mədudiyyət tədbirləri dünyanın ən sərt tədbirlərinən hesab edilirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG