Accessibility links

Mahmud Bilgin: Azərbaycan Milli Hərəkatı sınmayacaq! [Video-Müsahibə]


Mahmud Bilgin: Zaman Güney Azərbaycanın dövlətinə doğru gedir
please wait

No media source currently available

0:00 0:10:03 0:00

Mahmud Bilgin: Zaman Güney Azərbaycanın dövlətinə doğru gedir

Partiya sədri Yeni GAMOH liderlərini aclığı dayandırmağa çağırıb

Güney Azərbaycan Demokrat Partiyasının başqanı Mahmud Bilgin Amerikanın Səsinə müsahibəsində İranda Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) liderlərinin hər birinə 9 il həbs verilməsi, onların artıq 23 gündən çox müddətdə aclıq aksiyası keçirməsi, prezident Həsən Ruhaninin İranda yaşayan azərbaycanlılara qarşı İran hökumətinin mövcud siyasətində dəyişiklik etməyəcəyini bildirib.

Partiya sədri milli fəalları aclığı dayandırmağa çağırıb. O hesab edir ki, Güney Azərbaycanın problemlərinin həlli müstəqilliyinin qazanılmasından keçir.

“Aclıq aksiyası dünyada dəstəklənir. Aksiya İranda, İran sərhədlərindən kənarda geniş yer alıb. Dünyanın tanınmış media orqanları aclıq aksiyası və tələblərlə bağlı məqalələr dərc edib. Zaman Güney Azərbaycanın dövlətinə doğru gedir”, o qeyd edib.
M.Bilginin sözlərinə görə, Yeni GAMOH İrandakı fəaliyyətini açıq elan edən ilk Güney Azərbaycan təşkilatıdır.

Partiya sədri Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılarla bağlı siyasətini tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG