Accessibility links

Yeniyetmələrlə bağlı yeni araşdırma aparılıb [Video]


Yeniyetmələrlə bağlı yeni araşdırma aparılıb
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Uşaqlar erkən yaşlarında belə bir mesaj alır ki, oğlanlar güclü və bacarıqlıdır, qızlar isə həssasdır və onların edə biləcəkləri şeylər məhduddur. Bu, yeniyetmələr və onların ictimaiyyət və valideyinlərindən aldıqları mesajları təhqiq edən ilk araşdırmanın nəticələridir.

Harada yaşadıqlarından asılı olmayaraq, uşaqlar böyüyəndə başqalarının onlardan gözləntilərinin nələrin olduğunu tez öyrənir. Dünya boyu bir çox ölkədə isə bu gözləntilər genderlərin rollarına fərqlənir.

Yeniyetmə
Yeniyetmə

“Daha öncə belə bir aradşırma aparılmamışdı, gənc yeniyetmələri anlamaq üçün aparılan təqdiqat yox idi”, deyə Cons Hopkins Tibb Məktəbindən Dr. Bob Blum bildirir.

Oğlanlara öyrədilir ki, onlar güclü olmalıdır, yardım istəmək isə zəiflik əlamətidir. Onlar ətraf dünyanı araşdırmağa təşviq edilir. Qızlara isə deyilir ki, onlar hər zaman gözəl görünməlidirlər, amma çox deyil. Onlar oğlanlardan uzaq durmalıdır ki, ailələrinin adına ləkə gətirməsin.

Tədqiqatçılar deyir ki, bu cür mesajlar yeniyetmələrin əqli və fiziki sağlamlığı zərərli ola bilər. Bu, HİV, intihar, cinayət və alkoqolizm riskini artırır.

Tədqiqatçılar 10-14 yaş arasında yeniyetmələr və onların valideyinləri ilə söhbət edib.

Bizim ənənəvi mədəniyyətimizə əsasən qadınlar kişilərə tabe olmalıdır.
Şiayan Zuo

Onlar diqqəti ABŞ daxil olmaqla 15 müxtəlif ölkənin şəhərlərində yaşayan ən kasıb uşaqlara yönəldib.

“Yoxsulluğun hər şeyə böyük təsiri var”, Ümumdünya Səhiyyə Təşkilatından V. Çandra-Muli söyləyir.

Bir çox icmada yoxsul ailələrdə həddi-buluğ yaşına çatan oğlanlar məktəbdən çıxarılıb işə göndərilir.

Qızlar isə məktəbdən çıxarılıb, erkən yaşda ərə verilir.

“Onlar qızı evdə yük olaraq görür. Bu yükə diqqətli bir şəkildə nəzarət etmək lazımdır, çünki o, toydan öncə cinsi əlaqəyə girməməlidir, əgər girsə artıq ərə gedə bilməz. Ona görə də, qızların menstruasiya dövrü başlayan kimi onları məktəbdən çıxarıb, çox möhkəm nəzarət altında saxlayırlar və mümkün qədər tez ərə verməyə çalışırlar”, Çandra-Muli deyir.

Amma qızların istədiyi bu deyil. Tədqiqatçılar aşkar edib ki, Nigeriyada qızlar oğlanların edə bildiyi hər şeyi etmək istəyirlər.

“Onlar həkim, professor olmaq istəyir. Onların böyük arzuları var və arzularına da çatmaq istəyirlər”, tədqiqatçı Bamidel Bello deyir.

Yeniyetmə
Yeniyetmə

Çində qızlar təhsillidir və qadınların təxminən 90 faizi işləyir. Lakin mədəni normalar onların sahib ola biləcəyi karyerları məhdudlaşdırır. Qadınlardan ailələrinin və yaşlı valideyinlərinin qayğılarına qalmaları gözlənilir.”

“Bizim ənənəvi mədəniyyətimizə əsasən qadınlar kişilərə tabe olmalıdır”, deyə Çin üzrə sahə koordinatoru Şiayan Zuo söyləyir.

Ümumdünya Səhiyyə Təşkilatı və Cons Hopkins Tibb Məktəbi araşdırmanı birgə aparıb. ÜST araşdırma nəticlərindən istifadə edərək uşaqlar 15 yaşına çatmadan öncə onlar üçün gender normaları ilə bağlı səhv düşəncələri dəyişəcək proqramlar tərtib etmək istəyir.

XS
SM
MD
LG