Accessibility links

Kainatı araşdıran yeraltı elmi təhqiqat mərkəzi [Video]


Kainatı araşdıran yeraltı elmi təhqiqat mərkəzi
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Bu, elmi araşdırma mərkəzinə müvafiq geyim tərzi deyil. Laboratoriya xalatı əvəzinə, tələb olunan uniforma kombinezon və fənərli kaskadır.

Bu, həm də tipik laboratoriya deyil. Keçmış qızıl mədənində, bir kilometrdən çox uzunluğu olan yeraltı məkanda təhqiqatçılar radioaktiv elementlər və mürəkkəb alətlərlə əhatə olunaraq, kainatının sirlərini açmağa çalışırlar.

Konstance Uolter, Stanford Underground Facility: “Biz 1.5 kilometr dərinliyə gedirik. Hal-hazırda bu iş görülə bilən ən dərin məkandır, amma mədənin ümumi dərinliyi 2.5 kilometrə yaxındır. ”

10 dəqiqə sonra, lift dayanır. İlk baxışdan bura adi mədənə bənzəyir. Amma daha səliqəlidir.

Sağa dönəndə isə interyer kəskin dəyişir. İşıqlı dəhlizin sonunda çox təmiz laboratoriya yerləşir. Ora daxil olmaq üçün geyimin müvafiq olmalıdır.

Cared Tompson, Alim: “Budur. Biz əlcəklərin ilk qatını yapışqan lent ilə bərkidirik. İndi isə ikincisini yerləşdirik.”

Mühafizəyə ehtiyacı olan insanlar deyil. Əksinə insanlar incə təhqiqata zərər vura bilərlər. Alimlər neytron kimi tanınan kiçik hissəciklərə, kainatın ilk yaradılışında olduğu vəziyyətində baxırlar. Onları təhqiq etmək üçün, alimlərə maksimum sterillik lazımdır.

Kabot-An Kristoferson, Alim: “Biz qıraq səslərdən uzaqlaşmaq üçün bir milə yaxın dərinliyi düşmüşük və indi də uzun məsafə gəzərək radioktivlikdən yayınmağa çalışırıq. Hər şey ona görə edilir ki, detektorlara mane olan istənilən şeydən uzaq olaq.”

Bütün işlər bu kiçik və sıx şəkildə bağlanmış qutuda baş verir. Kompüter bütün məlumatları çölə çıxarır. Alimlər deyirlər ki, neytronları araşdırmaqla onlar kainatın, ulduzların və planetlərin formalaşmasının və indiki halda olmaları ilə bağlı sualları araşdırırlar.

Kabot-An Kristoferson, Alim: “Biz anlamaq istəyirik ki, nə üçün buradayıq.”

Mədənin digər sonunda isə ulduzlar partlayır. Alim Mark Hanhardt zarafatla özünü ulduz mədənçisi adlandırır. Deyir ki, o həmişə səmanı təhqiq etməyi arzulayıb, lakin heç zaman təsəvvürünə gətirə bilməzdi ki, bunun üçün yerin dərinliyində çalışmalı olacaq.

Mark Hanhardt, Alim: “Biz planetlərin necə formalaşdığına baxmırıq. Biz ilk növbədə planetlərin formalaşması üçün lazım olan elementlərin kainat tərəfindən necə yaradıldığına baxırıq. Hətta bundan da kiçik. Evin necə tikildiyini anlamaq üçün kərpicləri araşdıranlarla müqayisə etsək, biz kainatı eyni cür araşdırırıq. Yəni ki, biz fundamental məlumatları öyrənirik.”

Bu yeraltı təsisatda müxtəlif ölkələrdən toplaşan təxminən 70 alim çalışır. Deyirlər ki, onların iş qrafiki daha öncə burada çalışan mədən işçilərinin iş qrafikindən fərqlənmir. Lakin onlar daha təmiz şəraitdə çalışırlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG