Accessibility links

Yerevanda 100-dən artıq etirazçı saxlanılıb


Yerevanın mərkəzində polis 100-dən artıq etirazçını saxlayıb. Polis sözçüsü 106 nəfərin saxlandığını bildirib.

İnternetdə yayılmış videoda xaotik səhnələr, polis əməkdaşlarının bir gənc qadını sürüdüyü, gənc etirazçıların zorla polis maşınlarına mindirildikləri görünür.

Paşinianın başçılığı ilə təxminən 1000 nəfər dörd saatlıqdan yürüşdən sonra meriya yaxınlığındakı parkda çadır qurub.

Şayiələr gəzir ki, mən yorulmuram, bu, doğru deyil. Mənə də istirahət lazımdır”, Paşinian jurnalistlərə deyib.

Yerevanda hökumət binasının qarşısında polis kordon yaradıb, müxalifət tərəfdarlarını geri oturdub, bir neçəsini saxlayıb. Ölkədə artıq yeddinci gündür etirazlar davam edir.

Polis rəsmisinin AzadlıqRadiosu-na bildirməsinə görə, təhlükəsizlik qüvvələri Respublika meydanı yaxınlığındakı hökumət binasının girişini açarkən 20 nümayişçi saxlanıb. Qarışıqlıq zamanı bir qadın yaralanıb.

Bu binada kənd təsərrüfatı, səhiyyə, əmək və sosial məsələlər nazirlikləri, bir neçə hökumət agentliyi yerləşir.

Paşinyanın rəhbərlik etdiyi nümayişçilər polisi silahı yerə qoymağa, etirazlara qoşulmağa çağırıblar.

“Sizi qorxmamağa, Serzh Sarkisian-ın və nazirlərinin hakimiyyətini tanımamağa çağırırıq. Addım atın, Serzh-i rədd edin!” - Pashinian dövlət qulluqçularına müraciət edib.

Bu gün Sarkisyan hökumətin ilk iclasını bir neçə saatlıq ertələməli olub. Bu gün axşam yerli vaxtla 7-yə Paşinyan Respublika meydanına daha bir yürüş təyin edib.

XS
SM
MD
LG