Yerevanda keçmiş deputat Karo Karapetyan qətlə yetirilib.
AzadlıqRadiosu erməni xidmətinin İstintaq komitəsinə istinadla verdiyi məlumata görə, oktyabrın 6-ı gecə saat 22:40 radələrində “Ayqi”restoran kompleksində atışma baş verib.
Karo Karapetyan yaralı halda”Erebuni” xəstəxanasına götürülüb, amma həyatını xilas etmək mümkün olmayıb, o yolda keçinib.
Həmçinin hadisə yerində xəsarət alan Sargis Avagyan adlı digər sakin “Grigor Lusavoriş” xəstəxanasına çatdırılıb.
Hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.
Hazırda istintaq və təcili axtarış-əməliyyat tədbirləri həyata keçirilir.
Amma mənbə hadisənin motivi barədə hələ ki, heç bir məlumat verməyib.