Accessibility links

Yetkinlik yaşına çatmayan qıza qarşı təcavüzdə şübhəli bilinən şəxs həbs edilib


Qanun və qandal
Qanun və qandal

Yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüzdə şübhəli bilinən Əsgər Ağayev həbs edilib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, oktyabrın 21-də Bakının Binəqədi Rayon Məhkəməsi Ağayev barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 149.2.3-cü (yetkinlik yaşına çatmayana qarşı təcavüz) maddəsilə ittiham irəli sürülüb.

Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeniyetmənin anası Zümrüd Yaqmur ötən həftə cinayətdə öz qohumunu ittiham edib. Onun sözlərinə görə, qızına zorla narkotik maddə qəbul etdirib.

Baş Prokurorluq bildirib ki, bu faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsilə başlanmış cinayət işi baş prokurorun şəxsi nəzarətinə götürülüb.

Öz növbəsində, Əsgər Ağayevin ailəsi və vəkili onun həbsinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG