Accessibility links

Yəmən məhkəməsi iki əl-Qaidə militantını ölümə məhkum edib


Dalil deyib ki, o, hökmü apellyasiya məhkəməsinə verəcək, al-Şabvani isə məhkəmənin qanuniliyini rədd edib

Yəmən məhkəməsi ötən il hərbi qüvvələr və polisin mövqelərinə ölümlə nəticələnmiş bir neçə hücumda şübhəli bilinən iki əl-Qaidə militantını ölümə məhkum edib. Rəsmilər bildirib ki, bu gün hökm oxunandan sonra 18 yaşlı Mənsur Saleh Dalil və 23 yaşlı Mübarək Əli Hadi əl-Şabvani “Allah böyükdür” bağırıblar. Dalil deyib ki, o, hökmü apellyasiya məhkəməsinə verəcək, al-Şabvani isə məhkəmənin qanuniliyini rədd edib. Səna məhkəməsi onları, 2009-cu ildə 9 nəfərin ölümü ilə nəticələnən silahlı basqında iştirak etməkdə təqsirləndirir. İttihamçılar bildirib ki, noyabr ayında Dalil və al-Şabvani Hadramaut vilayətində onların avtomobillərini pusquya salaraq üç təhlükəsizlik məmurunun və onların iki mühafizəçisini qətlə yetiriblər. Onlar eyni zamanda ötən ilin iyul ayında şərqi Marib vilayətində silah və sursat daşıyan hərbi yük maşınına hücum zamanı Yəmən əsgərini qətlə yetirməkdə təqsirli bilinirlər.

XS
SM
MD
LG