Accessibility links

Yəməndə iki silahlı şəxs avtobusa hücum edib


Yaraqlılar kəşfiyyat işçilərini bazaya aparan avtobusu avtomat silahlardan atəşə tutublar

Yəmən rəsmiləri paytaxt Sanaada əl-Qaidə yaraqlısı olduğu hesab edilən iki silahlı şəxsin avtobusa hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 10 üzvünün yaralandığını bildiriblər. Hücum paytaxtın izdihamlı hissəsində şənbə günü səhər baş verib. Yaraqlılar kəşfiyyat işçilərini bazaya aparan avtobusu avtomat silahlardan atəşə tutublar. Polisin bir gün əvvəl əl-Qaidə qrupunun təhlükəsizlik bazasına hücum edə biləcəyinə dair xəbərdarlıq etməsinə baxmayaraq, yaraqlılar hücumu həyata keçirməyə nail olub. Sanaa zəif Yəmən hökumətinin nəzarəti altında olan bir neçə regiondan biridir. Bu arada, dünən Britaniya Yəmən hökumətinin uğursuzluğunun dünyanın sabitliyinə geniş təhlükə ola biləcəyini bildirib. Dünyada ən kasib ölkələrdən biri olan və işsizlik probleminin geniş yayıldığı Yəmən əl-Qaidə üçün istinadgahdır. Yəmənin zəif mərkəzi hökuməti, korrupsiya problemi və qəbilə quruluşuna malik olması terrorçuların fəaliyyətləri üçün şərait yaradıb.

XS
SM
MD
LG