Accessibility links

Yəməndə İslamçı yaraqlılara qarşı hücumlar davam edir


Yəməndə İslamçı yaraqlılara qarşı hücumlar davam edir
Yəməndə İslamçı yaraqlılara qarşı hücumlar davam edir

Yəmən rəsmilərinin bildiridyinə görə, ölkənin cənubunda İslamçı yaraqlıları hədəf alan hərbi təyyarələrin hücumu zamanı 3 adam ölüb. Məlumatda Abyan vilayətinin Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılrın nəzarətindəki Cəar şəhərinə hücumların bu həyata keçirildiyi bildirilir. Dünən isə sahil Zincibar şəhərində hökumət qüvvələri ilə Əl-Qaidə yaraqlıları arasında baş verən döpyüşlər zamanı, hər iki tərəfdən olmaqla 30 nəfərin öldüyü bildirilmişdi.

Bu arada prezident sarayına hücum zamanı yaralanan prezident Əli-Abdulla Salehin hal-hazırda Səudiyyə Ərəbistanında müalicəsinin davam etdirildiyi bildirilir.

XS
SM
MD
LG