Accessibility links

Yəməndə sələfilərin mədrəsəsinə hücum edilib


Yəməndə sələfilərin mədrəsəsinə hücum edilib
Yəməndə sələfilərin mədrəsəsinə hücum edilib

Yəmənin şimali Səada vilayətində şiə qiyamçılar sünni islamçı məktəbinə hücum edərək azı 21 adamı öldürmüş, 50-ə yaxın adamı yaralamışlar.

Yerli sünnilər xarici xəbər agentliklərinə bildiriblər ki, həftəsonu ərzində Huti adı ilə tanınan şiə zəidi qiyamçıları Damac qəsəbəsində sünniləri hədəf alıblar. Hədəflərdən biri sünnilərin sələfi təriqətinin idarə etdiyi məktəb olub.

Zəidə təriqətinin nümayəndələri Səaada regiuonunda dominantlıq edirlər və onlar sələfiləri özlərinə təhlükə kimi görürlər. Son həftələrdə təriqətlərə məxsus militantlar arasında toqquşmalar baş verib.

Huti qiyamçıları ölkənin şimlaında Yəmən hökumətinə qarşı beş illik qiyam qaldırmışdılar. Sonradan hökumətlə onlar arasında atəşkəs imzalandı.

Bu arada Yəmənin istefa vermiş prezidenti Əli Abdullah Salehin Səudiyyə ərəbistanından vətənə qayıtdığı deyilir.

XS
SM
MD
LG