Accessibility links

Bakıda "London taxi" piyadanı vurub


Bakıda London taxi
Bakıda London taxi

Polis faktla bağlı araşdırma aparır

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə martın 19-u saat 21:00 radələrindən paytaxtın Xətai rayonu ərazisində baş verib.

Ağdam rayon sakini Ruslan Nuriyev idarə etdiyi "London Taxi" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseyn Qafarovu vurub.

Hadisədən sonra piyada xəstəxanaya yerləşdirilsədə, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis faktla bağlı araşdırma aparılır.

2016-cı ildə ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6% az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6% azalaraq 2762 nəfər olub. Onlardan 759-u həlak olub, 2003-ü isə yaralanıb. Hadisələrin 44%-i gündüz, 36,4%-i gecə, 19,6%-i isə toran vaxtı baş verib, 28,7%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci ilə nisbətən 15,3% azalaraq 497 nəfər, yaralananların sayı isə 11,6% azalaraq 1877 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 44%-i nəqliyyat vasitələrinin və piyadaların, 36,4%-i bir neçə nəqliyyat vasitəsinin, 19,6%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4%, 8,5% və 21% azalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG