Accessibility links

Prezident milli iqtisadiyyat üzrə strateji yol xəritəsini təsdiq edib


Ilham Əliyev
Ilham Əliyev

Prezident İlham Əliyev dekabrın 6-da "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzalayıb.

Fərmanda deyilir ki, sənədlər həm bütünlüklə iqtisadiyyatın, həm də onun ayrı-ayrı istiqamətlərinin məqsədlərini və gələcək inkişafını müəyyən edir.

Dövlət başçısı xüsusən aşağıdakı strateji yol xəritələrini təsdiq edib:

- “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;

- “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”.

Əliyev strateji yol xəritələrinə ümumi rəhbərliyi və onların həyata keçirilməsinə nəzarəti Nazirlər Kabinetinə deyil, Prezident Administrasiyasına həvalə edib.

XS
SM
MD
LG