Accessibility links

Yosunlardan əldə olunan elektrik enerjisi [Video]


Yosunlardan əldə olunan elektrik enerjisi
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Qarğıdalı, soya və hətta yosundan hazırlanan yanacaq artıq onillərdir mövcuddur. İndi də tədqiqatçıar yosundan hazırlanan elə bir yanacaq inkişaf etdiriblər ki, o öz-özünə bərpa olur, öz-özünə çoxalır, bioloji baxımdan həll olunur və eyni zamanda hazırda mövcud olan digər yosunlu yanacaqlardan ekoloji baxımdan daha təmizdir.

Hər hansı suyun üzərini yosunlar örtəndə, həmin su xoşagəlməz, qoxulu və bəzi halalrda hətta toksik olur.

Lakin Kembric Universitetinin laboratoriyasında yosunlar elektrik istehsal edir.

“Biz bir kvadrat metrilk sahədən üçün yarım vatt istehsal edə bildiyimizi sübüt etdik. Bu kolba 10 kvadrat santimetrlik sahəni əhatə edirsə, bu, bir kvadrat metrdən min dəfə kiçik sahə deməkdir. Yəni bu, sahədən biz 0,5 millivatt istehsal edə bilərik,” deyə biokimyaçı Paolo Bombelli bildirir.

Bu çox deyil, hətta standart günəş enerjisinə əsaslanan yanacaq hüceyrələrindən alınan elektrik enerjisinin onda biridir. Amma tədqiqatçılar deyir ki, bu bio-fotovoltaik hüceyrələrin, yəni BPV-lərin bəzi üstünlükləri var.

Belə ki, ekoloji cəhətdən tamamilə təmiz elektrik enerjisi olması ilə yanaşı, BPV-nin yaratdığı elektrik yük, dərhal istifadə olunmaq yerinə maye mikro-kanallarda saxlanıla bilər. Bu isə o deməkdir ki, elektrik yük gündüz vaxtı istehsal olunub, gecə vaxtı istifadə edilə bilər.

“Elektronlar batareyanın içində müsbətdən mənfiyə doğru hərəkət etdiyi kimi, onlar mikrokanalın içinə inteqrasiya olunan elektrodlardan istifadə edərək mikrokanalın içində hərəkət etdirilə və beləcə mobil telefon, kompyuter və başqa bir cihazın batareyasını doldurmaq üçün lazım olan elektrik enerjisini yarada bilər”, Bombelli deyir.

Yosunlardan hazırlanan yanacaq hüceyrələrinin bir elektrik şəbəkə sistemini işıqla təmin etmək üçün kifayət qədər elektrik istehsal edəcəyi gözlənilməsə də, onlar çoxlu günəş işığının olduğu, amma elektrik şəbəkə sisteminin olmadığı Afrikadanın kəndləri kimi yerlərdə yararlı ola bilər.

XS
SM
MD
LG