Accessibility links

YouTube qərargahında atışma


Kaliforniya ştatı polisi YouTube sosial media vebsəhifəsinin San Fransisko yaxınlığında yerləşən qərargahında insanlara atəş açan, sonra isə intihar edən qadının nə üçün bunu etdiyini anlamağa çalışır.

Çərşənbə axşamı günün sonuna yaxın San Fransisko hospitalının sözçüsü bildirib ki, yaralananlar arasında iki qadının vəziyyəti yaxşı, bir kişinin vəziyyəti isə kritikdir.

San Bruno polisinin çərşənbə günü atəş açan şəxs və yaralananlar haqqında daha ətraflı məlumat verəcəyi gözlənilir.

Polis rəsmilərinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir ki, bu ana qədər atəş açan şəxs, 39 yaşlı San Dieqo sakini Nəsim Nəcəfi Ağdamın yaralanan şəxsləri tanıdığı və ya hər yansı şəxsin hədəfə alındığı haqda heç bir sübut yoxdur.

Ağdamın cəsədi binada tapılıb. Yaralanan qadınlardan biri qaçaraq, yaxınlıqdakı restoranların birində gizlənməyə müvəffəq olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG