Accessibility links

YouTube Kreml tərəfdarı politoloq və mühafizəkar tele kanalın profillərini bloklayıb


YouTube Rusiyadakı "Tsarqrad" TV" kanalını və kanalın keçmiş baş redaktoru Aleksandr Duginin profillərini bloklayıb. Aleksandr Dugin Kreml tərəfdarı analitik kimi tanınır.

YouTube-un sahibi olan Google şirkətinin nümayəndələri iyulun 28-i bildirib ki, profillər sanksiyalar və ticarət qaydaları haqqında qanun pozuntularına görə bloklanıb. Google həmçinin bildirib ki, bir milyondan çox abunəçisi olan və özünü mühafizəkar pravoslav xristianlar üçün tribuna kimi təqdim edən telekanal profilləri bərpa etmək hüququndan məhrum edilərək bağlanıb.

"Tsarqrad" telekanalının yaradıcısı və sahibi Konstantin Malofeyev 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqında iştirakına, eləcədə Ukraynanın şərqindəki Rusiya tərəfindən dəstəklənən separatçılara ictimai dəstəyinə görə təxminən altı ildir ki, ABŞ-ın sanksiyaları altındadır. Hazırda da davam edən konflikt nəticəsində təxminən 13,200 insanın həyatının itirdiyi bildirirlir.

Telekanalın redaktoru Daria Tokareva YouTube-un profilləri heç bir xəbərdarlıq etmədən bağladığını söyləyib. O həmçinin əlavə edib ki, şirkət profilləri bərpa etmək üçün məhkəmə yolu ilə mübarizə aparacaq.

Bundan əvvəl isə May ayında Facebook şirkəti tətbiq olunan sanksiyalara əsaslanaraq, Rusiyanın Çeçenistan bölgəsinin başçısı Ramzan Kadırov, Çeçenistandan olan millət vəkili Adam Delimxanov, Çeçenistan parlamentinin spikeri Maqomed Daudov və baş nazirin müavinlərinin Instagram profillərini bağlamışdı.

XS
SM
MD
LG