Accessibility links

YouTube Türkiyədə yenidən qadağan olundu


YouTube Türkiyədə yenidən qadağan olundu
YouTube Türkiyədə yenidən qadağan olundu

Sayt sabiq müxalifət lideri ilə bağlı videonu pozmaqdan imtina edəndən sonra Ankara məhkəməsi yeni qadağa barədə qərar çıxarıb

Türkiyədə Youbute-video saytına girişə qoyulan qadağanın ləğv olunmasından sonra məhkəmə yenidən bu saytı internet istifadəçiləri üçün bağlayıb. Sayt sabiq müxalifət lideri ilə bağlı videonu pozmaqdan imtina edəndən sonra Ankara məhkəməsi yeni qadağa barədə qərar çıxarıb. Hökumət 2 ildən artıq davam edən qadağanı ləğv edərək, keçən həftənin şənbə günü Youtube-dan istifadəyə icazə vermişdi. Açıqlamada deyilir ki, YouTube-un sahibi olan Google şirkəti müasir Türkiyə cumhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı təhqiredici videoları saytdan çıxarmışdı. Daha sonra Youtube şirkəti müəlliflik qaydalarını pozmadığını bildirərək, bu videoları yenidən saytda yerləşdirmişdi.

XS
SM
MD
LG