Accessibility links

YouTube peyvəndlərlə bağlı yanlış məzmunlu məlumatları qadağan edəcək


YouTube qızılca və suçiçəyi kimi peyvəndlərin təsirsiz və ya təhlükəli olduğunu iddia edən hər bir videoya qadağa qoyacaq,

"Xüsusilə, təsdiqlənmiş peyvəndlərin təhlükəli olduğunu və sağlamlığa xroniki təsirlərə səbəb olduğuna dair yalan iddialı məzmun, peyvəndlərin xəstəliyin ötürülməsini, xəstələnməni azaltmadığını və ya vaksinlərin tərkibində olan maddələr haqqında yanlış məlumatlar ehtiva edilən məlumatlar silinəcək"- deyə, Google-a məxsus şirkət bildirib.

Şirkət bəyan edib ki, səhiyyə orqanlarının effektivliyi ilə bağlı ardıcıl qaydalarına baxmayaraq, peyvəndlər illər ərzində qızğın müzakirə mövzusu olub.

"Bu gün yerli səhiyyə orqanları və ÜST tərəfindən təhlükəsiz və təsirli olduğu təsdiq edilmiş və hal-hazırda tətbiq olunan peyvəndlər haqqında yeni qaydalarla YouTube-da tibbi məlumat siyasətimizi genişləndiririk" - deyə, şirkət bəyan edib.

YouTube-un COVID-19 peyvənd siyasəti həddindən artıq aqressiv olduğu üçün bəzi əks reaksiyalarla qarşılaşıb.

Çərşənbə axşamı şirkət Rusiyanın dövlət tərəfindən dəstəklənən RT telekanalının almandilli kanallarını şirkətin COVID-19 siyasətini pozduqlarını görə bağlayıb.

Rusiya kanalın silinməsini "görünməmiş informasiya təcavüzü" adlandıraraq, YouTube-u bloklayacağı ilə hədələyib.

YouTube son bir ildə COVID-19 siyasətini pozan 130 mindən çox videonu sildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG