Accessibility links

Yoxsul ölkələr COVID-19 vaksini almağa başlayırlar


Zəngin ölkələrin milyonlarla COVID-19 vaksini almasından narahat olan bəzi yoxsul ölkələr Ümundünya Səhiyyə Təşkilatı və başqa qruplardan vaksin gözləmək əvəzinə özləri peyvən almağa qərar veriblər.

Honduras Özəl Biznes Şurasının prezidenti Xuan Karlos Sikaffi Associated Press-ə bildirib ki, Honduras vətəndaşlara COVID-19 vaksinin təmin etdiyi “rahatlığı” vermək üçün "bürokratik prosesləri və ya yanlış qərarları gözləyə bilməz.”

Honduras Özəl Biznes Şurası bank zəmanəti verərək ölkəsinə vaksin almaq üçün razılıq imzalayıb.

Serbiya da ÜST-nın COVID vaksinlərinin ədalətli şəkildə paylanması üçün yaranan COVAX proqramına dörd milyon avro ödəməsinə baxmayaraq, vaksin bazarına üst tutub.

Serbiya Prezidenti Aleksandr Vuçiç deyib ki, o, zəngin ölkələrin dəyərli peyvəndlərin çoxunu almasından sonra COVAX-ı gözləyə bilməzdi.

“Sanki onlar bütün pişik və itlərinə də vaksin vurmaq istəyirlər,” o deyib.

Ümumdünya Səhiyyə Təşkilatının başçısı cümə günü əczaçılıq şirkətlərini COVID-19 vaksinlərinin istehsalını artırmaq üçün istehsal təsislərini paylaşmağa çağırıb.

Cenevrədən onlayn brifinq vasitəsilə çıxış edən Tedros Adhanom Ghebreyesus deyib ki, kütləvi istehsalın artırılmasına” ehtiyac var.

O qeyd edib ki, Frasanın əczaçı şirkəti Sanofi istehsal infrakstukturlarının Pfizer/BioNTech vaksinin istehsalına açacağını elan edib və başqa şirkətləri də eynisini etməyə çağırıb.

“Biz bütün istehsalçıları vaksinlərə qlobal və bərabər çıxışı təmin etmək üçün məlumat və texnologiyalarını paylaşmağa çağırırıq.”

O həmçinin zəngin ölkələri səhiyyə işçiləri və yaşlılara vaksin vurandan sonra vaskin dozalarını yoxsul ölkələrlə paylaşmağa çağırıb.

Tedros deyib ki, COVID-19 vaksinlərinin 75 faizi yalnız 10 ölkədə insanlara vurulub, təxminən 130 ölkədə isə bir insane belə peyvənd vurulmayıb.

Çinin Sinovac Biotech şirkəti cümə günü bildirib ki, Brazliya və Türkiyədə keçirilən sınaqların son mərhələsindən əldə olunan məlumat vaksinin COVID-19 pasientlərinin xəstəxanaya yerləşdirilməsini və ölməsinin qarşısını 100 faiz alır, amma insanların xəstləyinə yoluxmasının qarşısını almaqda yalnız 50.65 faiz effektivdir.

Sinovac-ın CoronaVac vaksinin sınağında 12,400-ə yaxın insan iştirak etmişdi və vaksinin hər hansı tibbi müdaxiləyə səbəb olacaq COVID-19 hallarının qarşısını almaqda 83.7 faiz effektiv olduğu aşkar edilmişdi.

XS
SM
MD
LG