Accessibility links

Yukatan yarımadasında Qreys, ABŞ sahillərində isə Henri qasırğası hərəkət etməkdədir


ABŞ-ın Milli Qasırğa Mərkəzi xəbər verir ki, tropik Qreys qasırğası Meksikanın Yukatan yarımadasını keçdikdən sonra okean sularına doğru geri dönüb, cümə günü axşam saatlarına doğru yenidən qasırğaya çeviləcək. Həmçinin Atlantik okeandakı tropik Henri fırtınasının da şənbə günü qasırğaya çevriləcəyi gözlənilir.

Qasırğa mərkəzi verdiyi son tövsiyyəsində bildirir ki, Qreys Meksika körfəzində, Tukspanın 425 kilometr şərqindədir və saatda 110 km sürətlə hərəkət edir.

Sinoptiklər fırtınanın isti sularda güclənməyə davam edəcəyini və cümə gününün sonuna qədər yenidən qasırğa səviyyəsinə çatacağını gözlədiklərini bildirir.

Yukatan əyalətinin qubernatoru Karlos Hoakin müxbirlərə bildirib ki, əsasən Karrillo Puerto və Tulumdan 300-ə yaxın insan evakuasiya edilib. O həmçinin bildirib ki, qasırğa Tulum, Kankun və digər bölgələrdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Təcili yardım briqadaları cümə günü səhər saatlarında yollara yıxılmış ağacları təmizləməyə başlayıb. Və ərazidən gələn video görüntülərdə fırtınanın binalara zərər vurduğu, eləcə də qayıqları quruya atdığı görünür.

Sinoptiklər Qrqysin Meksikanın təcrid olunmuş bəzi böləgələrində 45 sanitmetrə qədər yağışa səbəb olacığını xəbər verir.

Bu arada son məlumatlara əsasən, Atlantik okeandakı tropik Henri fırtınası ABŞ-ın Şimali Karolina ştatının sahillərindən 600 km aralıda saatda 100 km sürətlə hərəkət edir.

Hazırda qərb və şimal-qərbə doğru hərəkət edən fırtına sinoptiklərin proqnozuna əsasən cümə günü ABŞ-ın şərq sahillərinə doğru yönələcək.

Qasırğa mərkəzi Henrinin növbəti 24 saat ərzində şimala doğru sürətlənərək güc qazanacağını və şənbə günü qasırğa gücünə çatacağını gözlədiklərini bildirir. Henrinin bazar günü ABŞ-ın Yeni İngiltərə bölgəsinə çatacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG