Accessibility links

Media: Yuliya Navalnaya və Yelena Zelenskaya Baydenin Konqresdəki çıxışına dəvətdən imtina edib


Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya və Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena ABŞ prezidenti Co Baydenin Konqresdəki çıxışında iştirak etmək üçün Ağ Evdən gələn dəvətdən imtina edib. Bu barədə The Washington Post Ukrayinska Pravda məlumat verib.

Baydenin martın 7-də Vaşinqtonda ənənəvi illik “Ölkədə vəziyyət”lə bağlı çıxışı planlaşdırılır. The Washington Post-un yazdığına görə, Navalnaya və Zelenskaya ABŞ-ın birinci xanımı Cill Baydenin qonağı olmalı idi. Rusiyalı və ukraynalı qadınların Rusiya prezidenti Vladimir Putinə müqaviməti simvolizə edilməli idi.

Nəşr iddia edir ki, Navalnayanın dəvəti Ukrayna cəmiyyətində mərhum ərinə birmənalı münasibət olmadığı üçün Ukrayna tərəfin mənfi reaksiyasına səbəb olub. Ukrayna prezidentinin ofisindən Ukrainskaya Pravda-ya bildirilib ki, Ağ Evdəki çıxışı Zelenskayanın iş qrafiki ilə üst-üstə düşmür.

The Washington Post yazır ki, Zelenskayanın imtinasının digər səbəbi Kyivin Vaşinqtonla əlaqəsinin Baydenlə assosiyasiya olmamaq istəyi ola bilər. Qəzet yazır ki, Ukrayna Kyivə 60 milyard dollarlıq yardım paketini təsdiqləmək üçün Respublikaçılar Partiyasından olan qanunvericilərə fəal şəkildə lobbiçilik edir. Bu, ABŞ-da noyabrda keçirilməsi planlaşdırılan prezident seçkiləri fonunda baş verir.

Navalnaya da səfərdən imtina edib. Onun mətbuat katibi Kira Yarmış bunu onunla izah edib ki, rusiyalı qadının ərinin ölümündən və sonrakı səfərlərdən sonra istirahətə ehtiyacı var.

Forum

XS
SM
MD
LG