Accessibility links

Yunanıstanın baş naziri etimad səsverməsilə üzləşir


Yunanıstan rəsmiləri baş nazir Aleksis Tsiprasın çərşənbə günü məclisə keçiriləcək etimad səsverməsində qalib gələcəyini təxmin edir.

Tsipras bazar ertəsi müdafiə naziri Panos Kammenosun qonşu Makedoniya ilə Makedoniya adından istifadə edilməsinə dair müqaviləyə etiraz etmək səbəbilə istefa verdikdən sonra səsvermənin keçirilməsinə çağırıb.

O həmçinin mənsub olduğu millətçi ANEL partiyasını iqtidar koalisiyasından çıxarıb və Tsiprasın iqtidarda olan solçu Siriza Partiyasını parlamentdə azlıqda qoyaraq, erkən seçkilərin keçirilməsinin mümkünlüyü üçün şərait yaradıb.

Hökumət sözçüsünün verdiyi məlumata görə, partiya Tsiprasın çərşənbə günü keçiriləcək etimad səsverməsində qalib gələcəyinə və oktyabr ayında dörd illik müddətini başa vuracağına əmindir.

XS
SM
MD
LG