Accessibility links

Yunanıstanın Krit adasında zəlzələ baş verib


Krit adası

Şənbə günü Yunanıstanın Krit adasında zəlzələ baş verib.

Episentri Aralıq dənizində olan və gündüz saatlarında baş verən zəlzələ nəticəsində ölən və ya yaralanan olmayıb.

Avropa Aralıq Dənizi Seismologiya Mərkəzi zəlzələnin 6.0 bal gücündə və 10 kilometr dərinliyində baş verdiyini bildirib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin 6.6 bal gücündə 17 kilometr dərinliyində olduğu barədə məlumat yayıb.

Zəlzələ Yunanıstan koronavirusla mübarizə apardığı vaxt yeni dərin resessiya ehtimalı ilə üzləşdiyi vaxt baş verib.

Ölkə 10 il əvvəl son onillərdə bütün dünyada baş verən ən pis iqtsadi böhranlardan birini yaşayırdı.

O zamandan bəri iqtisadiyyat bərpa olunmağa başlayıb. Ümumi Daxili Məhsul (ÜDM) ötən il 1.9 faiz artıb, işsizlik səviyyəsi isə 10 faizə enib. Ondan bir il öncə işsizlik səviyyəsi 17.3 faiz idi.

XS
SM
MD
LG