Accessibility links

Yunanıstanın müdafiə naziri istefa verib


Yunanıstanın müdafiə naziri Panos Kammenos Makedoniya ilə on illərdir davam edən ad mübahisəsinə son qoyacaq razılaşmanın parlamentdə səsverməyə çıxarılmasından öncə istefa verib.

“Makedoniya məsələsi mənim vəzifəmi qurban verməməyimə imkan vermir”, Kammenos ölkənin baş naziri Aleksis Tsipras ilə danışıqlardan sonra deyib.

Nazir populist sağ qanad Müstəqil Yunanlar (ANEL) partiyasının da hökumətdən çıxdığını vurğulayıb.

Kammenos Yunanıstan və Makedoniya hökumətlərinin ötən ilin iyununda imzaladığı razılaşmaya qarşı çıxırdı.

Razılaşmaya görə, Makedoniyanın adı Şimali Makedoniya Respublikası olacaq. Əvəzində Afina Skopyenin NATO və Avropa Birliyinə qoşulmasına etirazlarını geri götürəcək.

Makedoniya parlamenti yanvarın 11-də razılaşmaya uyğun olaraq konstitusiyaya dəyişikliklərin ratifikasiyasına səs verib. İndi sənədi Yunanıstan deputatları təsdiqləməlidir.

XS
SM
MD
LG