Accessibility links

Yunanıstanın miqrantları qovduğuna dair xəbərlər BMT-ni narahat edir


BMT idarələri Yunanıstan rəsmilərinin Türkiyə ilə dəniz və quru sərhədlərində miqrantlar və qaçqınları qəbul etməkdən imtina etmələrinə dair xəbərlərlə bağlı narahatlığını ifadə edir.

BMT-nin qaçqınlar üzrə agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, onlar mütəmadi şəkildə Yunanıstan rəsmilərinin bəzən miqrantları zorakı şəkildə itələdiklərinə və kollektiv şəkildə qovduqlarına dair məlumatlar alırlaar. İdarələr Yunanıstanı bu insidentləri araşdırmağa çağırır.

BMT-nin qaçqınlar üzrə agentliyi miqrantların qovulduqlarına dair ittihamların mart ayından bəri artdığını bildirir. Eyni zamanda isə son bir neçə ayda keçən iki illə müqayisədə ölkəyə daha az miqrantın keçdiyi bildirilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Babar Balok deyir ki, Yunanıstanın sərhədlərinə və qeyri-qanun immiqrasiyaya nəzarət etməyə legitim haqqı var. Lakin onun dediyinə görə, hökümət həmçinin beynəlxalq insan haqları və qaçqınların müdafiəsi standartlarına hörmət etməlidir.

“Nəzarət və digər tədbirlər qaçqınların haqları qorunduğu təqdirdə həyata keçirilməlidir. Onlar Yunanıstan səhhdindən geri göndərilməməlidirlər. Lakin hazırkı ittihamlara görə, Yunanıstanın beynəlxalq öhdəliklərinə zidd hərəkət edir və bunun nəticəsində insanlar çox ciddi təhlükələrlə üzləşə bilərlər,” Balok deyib.

Balok deyir ki, koronavirus pandemiyası səbəbilə müharibədən, münaqişədən və təqiblərdən qaçan insanların acınacaqlı vəziyyətini daha da pisləşdirib. O deyir ki, bu cür vəziyyətdə onları təhlükəsizlik və müdafiə ilə təmin etməyi rədd etmək düşüncəsizlikdir.

BMT-nin qaçqınlar və miqrantlar üzrə agentlikləri dövlətləri pandemiya dövründə deportasiyaları dayandırmağa çağırır. Onlar hökümətləri beynəlxalq insan haqları və miqrantlar və qaçqınların fundamental azadlıqlarına hörmət çərçivəsində sərhəd məhdudiyyətləri tətbiq etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG