Accessibility links

Yunanıstanın qırmızı qızılı – zəfəran


Yunanıstanın qırmızı qızılı – zəfəran
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Krokus, yəni zəfəran gülü Yunanıstanda iqtisadi böhran zamanı bir çoxlarını xilas edib. Buna səbəb odur ki, onun içində dünyanın ən bahalı ədviyyatı - zəfəran yetişir.

Yerlilər zəfəranı qırmızı qızıl adlanıdırır, çünki ədviyyat gülün qırmızı dişiciklərindən əmələ gəlir.

Onun ətri və dadı çox güclüdür. Əgər aşpaz bir yeməyin içinə beş dişicik zəfəran qoymalıdırsa, bizim zəfəranımızdan yalnız iki ədəd qoyu
Nikos Patsiouras

İnşaat mühəndisi Zisis Yunanıstanın şimalında dünyaya gəldiyi Korokos şəhərinə geri dönüb. Orada o, zəfəran istehsal etməklə özünü sabit gəlirlə təmin edir.

Bu onun qarşısındakı yeganə seçimi idi. O başqa heç yerdə iş tapa bilmirdi.

“Mən bu seçiminə görə, heyfslənmirəm və iş tapmaqda çətinlik çəkən başqa gənc insanlara da zəfəran yetişdirməyi məsləhət görərdim”, Zisis Kiroy bildirir.

Bir çox gənc də onun etdiyini edib. Yerli ferma kooperativinin üzvlərinin sayı iki qat artıb.

İstehsal 18 ildə 30 kiloqramdan 4 tona qədər çoxalıb.

Zəfəran ixracı da artıb. Yunanıstandan ABŞ və Yaponiyaya zəfəran ixracı artıq 70 faizə çatıb.

Zəfəran dünyanın ən bahalı ədviyyatıdır. Buna səbəb odur ki, zəfəranı toplamaq çox əmək tələb edir, hər şey əllə toplanıb, təmizlənib, qurudulur. Bu iş çox həssas işdir, bütün proses zərifdir. 100 qram zəfəran əldə etmək üçün 50 min ədəd dişicik toplamaq lazımdır.

Zəfəran
Zəfəran

“Onun ətri və dadı çox güclüdür. Əgər aşpaz bir yeməyin içinə beş dişicik zəfəran qoymalıdırsa, bizim zəfəranımızdan yalnız iki ədəd qoyur”, Zəfəran kooperativinin prezidenti Nikos Patsiouras deyir.

Burada ailələr artıq üç yüzillikdir ki, zəfəran istehsal edir. Patsiouras ailəsi üçün bu sevgi ilə edilən əməkdir və onlar bu ənənəni uşaqlarına ötürəcək.

XS
SM
MD
LG