Accessibility links

Yunanıstan 2 rus diplomatını ölkədən çıxarıb


Yunanıstanın 2 rus diplomatını ölkədən çıxardığı bildirilir. Buna Rusiyanın Yunanıstanın Makedoniya ilə müzakirələrinə müdaxiləsi səbəb olub.

Ölkə mətbuatı daha 2 rus diplomatının Yunanıstana girişinə qayağa tətbiq edildiyini bildirib.

Yunanıstanın hökumət sözçüsü Dimitris Tzanakopoulos televiziya ilə müsahibəsi zamanı bununla bağlı şərh verməkdən imtina etsə də, Afinanın beynəlxalq qanunları pozanlara qarşı lazımi ölçülərin götürəcəyini bildirib.

Rusiya da buna cavab olaraq, 2 yunan diplomatının ölkədən çıxarılacağını bəyan edib.

Makedoniya ilə Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının dəyişdirilməsi ilə bağlıötən ay razılaşma imzalayıb.

Xarici işlər nazirləri Dimitri Dimitrov və Nikos Kotsias sənədə Makedoniya, Yunanıstan və Albaniya sərhədində yerləşən Prespa gölünün sahilindəki iqamətgahda imza atıb.

İmza mərasimində Makedoniyanın baş naziri Zoran Zaev, Yunanıstanın baş naziri Aleksis Tsipras , BMT-nin vasitəçisi Matyu Nimetz və digər Avropa rəsmiləri iştirak edib.

Bu razılaşma Makedoniyanın adına görə Skopye ilə Afina arasında davam edən 27 illik mübahisəyə son qoymalıdır.

Makedoniya bundan sonra Şimali Makedoniya Respublikası adlanacaq.

Amma bu razılaşmanı hər iki ölkənin parlamenti də təsdiqləməlidir.

Bundan başqa razılaşma Makedoniyada referenduma çıxarılmalıdır.

Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb.

O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərindən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.

Razılaşma Şimali Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyü məsələsində maneəni də aradan qaldırır.

XS
SM
MD
LG