Accessibility links

Yunanıstan beynəlxalq yardım proqramını başa çatdırır


Yunanıstan bazar ertəsi rəsmi olaraq səkkiz il davam edən nəhəng borclar və amansız kəmər sıxma tədbirlərindən sonra beynəlxalq yardım proqramını başa çatdırır.

Kredit proqramının baş çatması Yunanıstan üçün böyük irəliləyişdir, lakin ölkə iqtisadi sabitliyini geri əldə edə bilmək üçün hələ də böyük mübarizə aparmalıdır.

Baş nazir Aleksis Tsiprasın ofisi ötən həftə son kredit ödəməsini “dramın son aktı”kimi qiymətləndirib. “İndi isə yeni irəliləyiş, ədalət və inkişaf səhifəsini aça bilərik”, onlar bildirib.

Aleksis Tsipras
Aleksis Tsipras

“Yunanıstan yenidən öz ayaqlarının üzərinə dayanmağı bacardı.”, ofis bildirib.

İqtisadi inkişaf olsa da, çətinliklər var

Yunanıstanda iqtisadiyat yavaş-yavaş artmağa başlayıb. Bu il Afinada turizm 17 faiz artıb, rekord işsizlik səviyyəsi azalmağa başlayıb.

Lakin ölkə hələ də, böyük çətinliklərlə üzləşir. Bunların sırasına zəif banklar, Avropa İttifaqında ən böyük borc həddi, yəni ÜDM-nin 180 faizinə çatan borc və yarım milyon gənc yunanların daha zəngin qonşu ölkələrə köçməsi daxildir. Yunanıstan həmçinin 2060-cı ilədək beynəlxalq kredit borclarını ödəməyə davam etməlidir.

Yunanıstan bazar ertəsi yardım proqramını sonlandıranda, ölkənin üzərinə hələ də üç əlavə beynəlxalq kredit olacaq. Yunanıstan bu borcları iqtisadi böhranın astanasında ikən alıb.

Maliyyə problemləri Avropa İttifaqında ümumi valyutadan istifadənin təhlükələrini üzə çıxardı və ittifaqın dağılmasına təhlükə yaratdı. Yunanıstan və İtaliyanın nəhəng borcları Avropa İttifaqına maliyyə baxımından təhlükə yaradır.

Nümayişlər

Yardım proqramları hökümətin beynəlxalq kreditorların yardım müqabilində tələb etdiyi büdcə tədbirlərindən qəzəblənən vətəndaşların Afinada tez-tez bəzi hallarda hətta zorakı nümayişlər həyata keçirməsinə səbəb olmuşdu.

İqtisadçılar deyir ki, Yunanıstan iqtisadi irəliləyişlər əldə etməyə başlasa da, ölkənin borclarından qurtulması üçün kəmər sıxma tədbirlərini hələ uzun illər davam etdirməlidir.

Bəzi beynəlxalq iqtisadçılar Yunanıstanın kredit borclarını ödəməyə davam etməsinə yardım etmək üçün borclarının bir hissəsinin bağışlanmasına çağırır. Lakin bu addım Almaniyada böyük etirazlara səbəb ola bilər, çünki Almaniya əvvəldən Yunanıstana yardım paketinin verilməsinin əleyhinə olub.

Kəmər sıxma tədbirlərinə gəlirə tətbiq olunan vergilərin 70-dək artırılması, pensiyaların azaldılması daxil idi ki, bu da Yunanıstanın yaşlı əhalisinin yarısının yoxulluq dərəcəsindən aşağıda yaşamasın gətirib çıxarıb.

81 yaşlı pensiyaçı Yorqo Vagelakos Reuters xəbər agentliyinə bildirib ki, beş il öncə o, cibində 20 avro ilə marketə gedirdi, indi isə cibində sadəcə 2 avro var. O, yardım proqramının heç vaxt bitməyəcəyini düşünür.

“Çox tez-tez bu gün də olduğu kimi mən marketdə məhsulları görürəm, almaq istəyirəm, amma cibimbə heç bir sent də olmur və mən çox kədərlənirəm”, o deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG