Accessibility links

Yunanıstan iqtisadi böhrandan sonra minimum əmək haqqını artırır


Yunanıstan iqtisadi böhrandan sonra minimum əmək haqqını artırır
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Yunanıstan ötən avqust beynəlxalq yardım proqramı bitəndən sonra bazar ertəsi yeni beş illik istiqraz hazırladığını açıqlayıb. Bundan əlavə ölkə minimum əmək haqqını da 11 faiz artırır.

Yunanıstanın baş naziri Aleksis Tsipras kabinet iclası zamanı bildirib ki, ölkə borc böhranını artıq geridə qoyur. O, Yunanıstanın artıq “tamamilə fərqli bir ölkə” olduğunu söyləyib. Tsipras deyib ki, minimum əmək haqqını artırmaq böhran zamanı əmək haqları azalan insanlar üçün hökümətin ata biləcəyi ən minimum addımdır.

Hər kəs Yunanıstanın artıq fərqli bir ölkə olduğunu dərk etməyə başlayıb. Bu ölkədə böhrandan çıxmaq və böhrana gətirib çıxaran şərtləri geridə qoymaq üçün artıq şərtlər və şəraitlər yaradılıb.
Aleksis Tsipras

"Hər kəs Yunanıstanın artıq fərqli bir ölkə olduğunu dərk etməyə başlayıb. Bu ölkədə böhrandan çıxmaq və böhrana gətirib çıxaran şərtləri geridə qoymaq üçün artıq şərtlər və şəraitlər yaradılıb", Tsipras söyləyib.

Rəsmilər deyib ki, İstiqrazlar yaxın gələcəkdə, bazar şərtlərinə müvafiq qaydada buraxılmağa başlayacaq. Lakin onlar heç bir əlavə detal paylaşmayıblar.

Yunanınstanın on illik kredit almaq faizi bazar ertəsi ən aşağı səviyyəyə enib. Bu, ölkə parlamenti ötən həftə qonşu Makedoniyanın adını dəyişməklə bağlı razılığı təsdiq edərək, 28 ildir davam edən mühairbəyə son qoyandan və beləliklə beş illik istiqrazların satışına yol açandan sonraya təsadüf edob.

Avqust ayında 2010-ci ildən bəri aldığı üçüncü beynəlxalq yardımı bitən Yunanıstan son illərdə beynəlxalq kreditolarının nəzarəti altında bazarları test edib. Təxminən bir il öncə Yunanıstan 3 milyard avro dəyərində yeddi illik istiqrazalar satıb.

İndi isə istiqraz bazarına adi borc alan kimi geri dönmək istəyir.

Standart aylıq əmək haqqının 586 avrodan 650 avroya artırılması ölkədə son 10 ildə baş verən ilk maaş artımıdır.

XS
SM
MD
LG