Accessibility links

Yunanıstan `korona koridoru` açmağı planlaşdırır


Karantinlə səyahət bir araya gəlməsə də, Yunanıstan pandemiyanın dağıtdığı turizminı canlandırmaq məqsədilə sərhədini COVID-19-u nəzarətdə saxlayan azı iki ölkə üçün açmağı düşünür.

Turizm naziri Harris Teoharisin sözlərinə görə, bir neçə ay uzaq ölkələrə səyahət edə bilməyən turistləri Egey və Aralıq dənizi adalarına cəlb etmək üçün iyul ayının əvvəlinə qədər Yunanıstan, İsrail və Kipr arasında `korona koridoru` açmağı planlaşdırılır.

"Bir neçə detal üzərində hələ də işlənməlidir. Ancaq döydüyümüz zaman İsrail qapısını geniş açdı. Kiprin də marağl var" - deyə, Teoharis bildirib.

Kiprdən sonra Yunanıstan turizm baxımından Avropa Birliyinin ən həssas ölkəsidir. Ölkə iqtisadiyyatının ən çox gəlirinin təxminən beşdə birini gətirdiyi və hər 4 iş yerindən biri olan sahədir. Son illərdə ölkə gənc israillilərin sevimli səyahət yerinə çevrilib və bu Yaxın Şərq ölkəsindən bir milyona yaxın ziyarətçi cəlb edib.

`Korona koridoru` planının detalları hələ dəqiqləşdirilməyib. Lakin Teoharis səyahətçilərin karantinə alınmasına və ya iki həftəlik təcrid edilməsinə gərək qalmayacağını deyib.

XS
SM
MD
LG