Accessibility links

Yoluxma halları rekord həddə çatan Yunanıstan yenidən məhdudiyyətlər tətbiq edir


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkənin səhiyyə sisteminə gücü zərbə vuran COVID-19-a yoluxmaların qarşısını almaq üçün şənbə günündən etibarə nölkə daxilində üç həftəlik sərt məhdudiyyətlər elan edib.

Cümə axşamı Afinada keçirilən mətbuat konfransında Mitsotakis gec olmadan "sərt tədbirlər" həyata keçirməyə qərar verdiyini deyib. Mitsotakis deyib ki, digər Avropa ölkələri işləri virus nəzarətdən çıxandan sonra bağlayır, lakin o, “insanların həyatını riskə atmaq” istəmir.

Mitsotakis son günlər yoluxmaların həddən artıq artmasının ölkənin səhiyyə sisteminə "dözülməz" təzyiq göstərəcəyindən ehtiyat etdiyini deyib.

Baş nazir onu da əlavə edib ki, Yunanıstan virusun “ikinci dalğasının sürətini azalda bilsə” ölkənin Milad bayramı mövsümünü daha rahat keçirəcəyinə ümid edir.

Məhdudiyyətlər şənbə günü səhər 6:00-da qüvvəyə minəcək və noyabırın 30-dək davam edəcək. Mart ayında həyata keçirilən bənzər məhdudiyyətlərdə olduğu kimi, indi də bütün qeyri-vacib pərakəndə satış ticarət müəssisələri bağlanacaq və sakinlərin küçəyə çıxması üçün icazə tələb olunacaq. Supermarketlər, səhiyyə xidmətləri və apteklər vacib müəssisələr sayılır.

Mitsotakis bu məhdudiyyətlərin əvvəlkindən fərqinin ibtidai məktəblərin açıq qalması, orta məktəblərin isə dərslərini onlayn davam etməsi olduğunu deyib.

Baş nazir hökumətin pandemiyanın iqtisadi təsirlərini yumşaltmaq üçün 43 milyard dollardan çox vəsait ayırdığını bildirib.

Yunanıstan çərşənbə günü yoluxanların sayının rekord həddə çatdığını, 2 646 yeni yoluxma, 18 ölüm halının qeydə alındığını bildirib. Təxminən 11 milyon insanın yaşadığı bu ölkədə pandemiya başlayandan bəri koronavirusa 47 minə yaxın insan yoluxub, onlardan 673-ü ölüb.

Şərhlərə bax

XS
SM
MD
LG