Yunanıstan ən yaxşı tətil yeri ola bilər, lakin britaniyalılar, amerikalılar və italiyalılar üçün bu ölkə bir müddət bağlı olacaq. Afina hökuməti bu ölkələri Yunanıstanın ziyarətçiləri qəbul etməyə başlayacaq 29 ölkənin siyahısından çıxarıb. Belə ki, bu ölkə COVID-19-un ən ciddi təsirlərinə məruz qalan turizm sektorunun fəsadlarını azaltmağa çalışır.
Yunanıstanın turizm rəsmiləri icazə verilən ölkələrdən gələn səyahətçilərin ölkəyə iyunun 15-dən etibarən, yalnız paytaxtın əsas beynəlxalq hava limanı və Salonikinin şimal bölgəsinə girə biləcəklərinini bildirib.
29 ölkənin daxil olduğu siyahı hava limanlarının qlobal qaydalarına və COVID-19-a yoluxma nisbətlərinə ciddi şəkildə baxıldıqdan sonra hazırlanıb.
Turizm naziri Harris Tehoharis deyib ki, `təhlükəsiz siyahı` Afina hökumətinin sərt təcrid tədbirlərini erkən həyata keçirməsi pandemiyanın qarşısını müvəffəqiyyətlə almasından sonra həm xarici ziyarətçilər, həm də ölkənin təhlükəsizliyini təmin etmək planının bir hissəsidir.
Bu ölkədə virusa yoluxanların sayı 3 min, ölənlərin sayı isə 175 nəfər təşkil edir.
Bir neçə Balkan ölkəsi, İsrail, hətta Çin və Yaponiya da daxil olmaqla, 29 ölkədə virusun yayılma səviyyəsi aşağı düşüb. Bu ölkələrdən gələn səyahətçilərdə COVID-19 yoxlanacaq, lakin təcrid və ya karantin tələbi olmadan sərbəst şəkildə tətilə izacə veriləcək.