Accessibility links

Yüzlərlə miqrant bir gündə yunan adasına gəldi


Yunanıstan hökuməti və yardım qruplarının bildirdiyinə görə, yüzlərlə insan 10-dan çox qayıqla Egey dənizinin şərqindəki Lesbos adasına gəlib. Bu, Türk sahillərinə yaxınlıqdakı Yunanıstan adalarına gələn qaçqın və miqrantların sayının əhəmiyyətli dərəcədə artması deməkdir.

Sahil mühafizəçiləri 546 nəfərin olduğu 13 qayığın cümə axşamı günü təxminən bir saat ərzində Lesbos ərazisinə yetişdiyini bildirib. Dənizdə 32 nəfəri xilas edən başqa bir gəminin də Lesbosa çatdığı təsdiqlənib.

Cümə axşamı müşahidə olunan kütləvi axın 2016-cı ildə Avropa İttifaqı ilə Türkiyə sazişinin qüvvəyə mindiyi vaxtdan bəri ən böyük axın olub.

65 nəfərin isə Kos adası və şimal Aleksandropolis şəhərinin sahilində xilas edildiyi bildirilib.

Avropa İttifaqı ilə Türkiyənin yeni gələn miqrantların deportasiya və ya sığınacaq gözləmələrinə dair razılaşmasına baxmayaraq, yüzlərlə insan hər həftə Türkiyədən Yunanıstana gəlməkdə davam edir.

Cümə axşamı müşahidə olunan kütləvi axın 2016-cı ildə Avropa İttifaqı ilə Türkiyə sazişinin qüvvəyə mindiyi vaxtdan bəri ən böyük axın olub.

Həssas kateqoriyaya daxil olan miqrantlar Afinaya gəlir.
Həssas kateqoriyaya daxil olan miqrantlar Afinaya gəlir.

Avropa İttifaqı ilə Türkiyə arasındakı anlaşma şərqi Egey adalarında tıxac yaradıb. Düşərgələrə sıx yerləşdirilən miqrantlar yaşam şəraitindən şikayət edir.

Yalnız yaşlılara, ciddi sağlamlıq problemləri olanlara və ya azyaşlılar kimi həssas qruplarda olanlar Yunanıstanın içərilərinə nəql olunaraq mənzillə təchiz edilir.

XS
SM
MD
LG