Accessibility links

Yunanıstan parlamentində Makedoniyanın adı ilə bağlı səsvermə keçiriləcək


Yunanıstan parlamentində qonşu Makedoniyaın adının dəyişdirilməsi üzrə tarixi razılaşma səsverməyə çıxarılacaq.

Yunanıstanın baş naziri Aleksis Tsipras iyunda makedoniyalı həmkarı Zoran Zayevlə razılaşma əldə edib. Sənənə görə, bu keçmiş Yuqoslaviya respublikası Şimali Makedoniya Respublikası adlanacaq.

Bununla da Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyünə etirazlarını geri götürür. Uzun illər Afina Skopyenin ona ərazi ambisiyaları olduğunu deyirdi, çünki Yunanıstanın şimalında Makedoniya adında vilayət var.

Prespa Razılaşması adlı sənədlə bağlı müzakirələr yanvarın 23-də başlanıb, bu gün səsvermə ilə bitməlidir.

Sənədə qarşı çıxanlar isə parlamentin qarşısında etiraz planlaşdırır. Yanvarın 20-də on minlərlə adamın qatıldığı etirazda zorakılığa yol verilib.

10 gün öncə Makedoniya parlamenti ölkənin ad dəyişikliyi ilə bağlı Konstitusiyaya düzəlişi dəstəkləyib. Bundan sonra sənədin müzakirə növbəsi Yunanıstan parlamentinə çatıb.

Makedoniyada bu sazişə qarşı çıxanlar onu “ən böyük milli xəyanət” adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG