Accessibility links

Yunanıstan qaçqınları koronavirusdan qorumaq üçün tədbirlər görür


Yunanıstan da Avropadakı digər ölkələr kimi COVID-19-un yayılmasının qarşısını almaq üçün tədbirlər görür və yunanların evdən çıxmamalarını təmin etmək üçün bütün kommersiya fəaliyyətini dayandırıb. Lakin Yunanıstan rəsmiləri virusun Yunanıstanın ev sahibliyi etdiyi on minlərlə qaçqın arasında yayılmasını əngəlləmək kimi daha mürəkkəb problemlə üzləşirlər. Yunan rəsmilər deyir ki, qaçqınları sağlam saxlamaq üçün tədbirlər görmək çox çətindir.

Baş nazir Kiriakos Mistotakis xəbərdarlıq edir ki, ölkə böyük mübarizəyə hazırlaşır.

“Biz görünməyən düşmənlə müharibədəyik,” o, televiziyada yayımlanan çıxışında yunanlara deyib.

O, çətin vəziyyətdə olan bizneslərə dəstək olmaq üçün 2.2 milyard dollarlıq yardım paketi ayıracağına söz verib. O, eyni zamanda çərşənbə günündən etibarən apteklər, supermarketlər və yanacaqdoldurma məntəqələri istisna olmaqla bütün bizneslərin bağlanmasına göstəriş verib.

“Bu yeni düşmən məğlubedilməzdir,” Mitsotakis deyib.

Lakin insan haqları təşkilatları və yardım qrupları onunla razılaşmır.

Yunanıstan Egey dənizindəki beş adasında 40 mindən çox qaçqına ev sahibliyi edir. Norveçin Qaçqınlar Şurası xəbərdarlıq edir ki, hökümət məsələlərə laqeyd yanaşsa, koronavirus qaçqın icmalarını viran edə bilər.

Dünya Həkimləri qrupu daxil olmaqla, digər təşkilatlar isə deyir ki, Yunanıstanda laqeydlik mövcuddur.

Onlar rəsmiləri COVID-19-un miqrantlar arasında yayılmasına əngəl olmağa çalışmaq üçün qaçqınların sabun və isti suya çıxışlarını təmin etməyə çağırır.

Onlar profilaktik tədbirlərin sürətli bir şəkildə tətbiq olunmasını istəyir. Yunanıstan və Avropa boyu xeyriyyə təşkilatları koronavirus epidemiyası yayıldıqca ehtiyacları olan könüllüləri itirirlər.

Yunanıstanın Miqrasiya Nazirliyi virusun qaçqın düşərgələrində yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin siyahısını açıqlayıb.

Hazırda tibb işçiləri yeni gələn miqrantlar üzərində yoxlanış aparır və koronavirusa yoluxduğundan şübhələnən miqrantlar izolyasiya edilirlər.

Hələ ki, heç bir miqrantın testi müsbət çıxmayıb.

XS
SM
MD
LG