Accessibility links

Yunanıstan Türkiyənin danışıqlar çağırışını rədd edib


Yunanıstan Türkiyənin Aralıq dənizinin şərqində uzun müddət davam edən təhlükəli bir enerji qarşıdurmasına dair fikir ayrılıqlarının aradan qaldırılması üçün kəşfiyyat danışıqlarına başlamaq çağırışını rədd edib. Rəsmi Afina gələn həftə keçiriləcək zirvə görüşü zamanı avropalı müttəfiqlərinə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək üçün təzyiqləri artırmağa çalışacaq.

Avropa xaricində Yunanıstan Türkiyənin məntiqsiz və əsassız iddialarından geri çəkilmək üçün Yaxın Şərq də daxil olmaqla, beynəlxalq dəstəyi artırmağa çalışır.

Yunan diplomatiyasının səsi olan xarici işlər naziri Nikos Dendias danışıqlarında adətən təmkin nümayiş etdirir. Lakin indi Türkiyənin beynəlxalq qanun və qaydalara davamlı olaraq meydan oxuduğuna görə hiddətlənərək, Ankaraya qarşı çıxıb və Avropanın Türkiyənin bölgəyə onu araşdırma aparan bir gəmi göndərməsinə qarşı cəza tədbiri görməsinin vaxtının gəldiyini deyib. Yunanıstan qaz və nefti yataqları yerləşən bu ərazinin ona məxsus olduğunu iddia edir.

O, həmçinin Türkiyənin gələn ay keçiriləcək Avropa İttifaqı liderlərinin sammiti ərəfəsində Afina ilə danışıqlar masasına qayıtmaq təklifinin hiylə olduğuna inandığını bildirib.

Dendias Türkiyənin şansını əldən verdiyini, danışıqların qapısını birtərəfli bağlayaraq, bunun əvəzinə mübahisəli sularda qaz və neft axtarışı üçün şərq Aralıq dənizinə araşdırma gəmisini göndərdiyini bildirib.

O, danışıqları yenidən başlatmaq üçün Ankaranın kəskin dönüşünün Avropa liderlərini aldanmayacağını barədə xəbərdar edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanistan adasının sahillərində qazma işləri aparılacağını elan etməsi ilə bölgədə hərbi güc artırılıb.

Türkiyənin ən böyük ticarət tərəfdaşı olan Almaniya da daxil olmaqla, Avropa ölkələri Ankaraya qarşı sanksiyalara müqavimət göstərib.

Yunanıstanla bərabər bəzi ABŞ rəsmiləri üçün də Türkiyə problemdir. Belə ki, ABŞ-ınn keçmiş dövlət katibi Nikolas Börnsün dediyi kimi, "Türkiyə bir çox cəhətdən Aİ və NATO üçün şərqdəki əsassız təcavüzü üzündən ən böyük problemə çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG