Accessibility links

Pompeo Türkiyə ilə Yunanıstanı danışıqları ən qısa zamanda bərpa etməyə çağırıb


ABŞ dövlət katibi Mike Pompeo çərşənbə axşamı NATO müttəfiqləri olan Yunanıstan və Türkiyəni Aralıq dənizindəki ərazi mübahisəsini həll etmək üçün danışıqları ən qısa zamanda bərpa etməyə çağırıb.

Bir çox məsələdə fikir ayrılığı olan iki ölkə Aralıq dənizinin şərqində hərbi gəmilərinin keçən ay qarşı-qarşıya gəldiyi ərazi barədə ilkin danışıqlara razılıq verib.

Türkiyə Yunanıstanın ərazi və iqtisadi hüquqlarının ona aid olduğunu iddia etdiyi əraziyə neft və qaz axtarışı üçün hərbi gəmilərin müşayiəti ilə təhqiqat gəmisi göndərib. Yunanıstanın buna cavab olaraq, bölgəyə hərbi gəmilərini göndərməsi və ordusunu hazır vəziyyətə gətirməsi qarşıdurma qorxusunu artırıb.

Türkiyə gəmilərini geri çəkərək, bunun oktyabrın 1-də başlayacaq Avropa İttifaqının iki günlük zirvə görüşündən əvvəl danışıqlara yol açacağını bildirib.

Avropa İttifaqına üzv ölkələr iki ölkə arasında ərazi ilə bağlı fikir ayrılıqlarını və Kipr, Yunanıstan və Fransa tərəfindən Türkiyəyə qarşı tələb edilən mümkün sanksiyaları müzakirə edəcək.

Pompeo Yunanistanın baş naziri Kiriyakos Mitsotakislə Krit adasında görüşdükdən sonra "bu danışıqların ciddi şəkildə davam edəcəyinə ümid edirik" deyib. "[Onları] bu müzakirələri ən qısa müddətdə bərpa etməyə çağırırıq" - deyə əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG