Accessibility links

Yunanıstanda müxalifət lideri baş nazir kimi and içərək vəzifəsinə başlayıb


Yunanıstanın "Yeni Demokratiya" partiyasının sədri Kiriakos Mitsotakis aşağı vergi, investisiyalar və yeni iş yerləri platforması ilə seçkilərdə qalib gəldikdən sonta iyulun 8-də baş nazir vəzifəsinə and içib.

Mitsotakis Yunanıstanın baş arxiepiskoposu İeronimosun keçirdiyi andiçmə mərasimində həyat yoldaşı və üç uşağı da olub.

Yeni Demokratiya partiyası səslərin təxminən 40 faizini qazanaraq, 31,53 faiz səs toplamış Aleksis Tsiprasın "Siriza" partiyasına qalib gəlib.

ABŞ-ın Harvard universitetinin məzunu olan Mitsotakisin partiyası Yunanıstan parlamentində 300 yerdən 158-nə sahib olacaq.

Mitsotakis sabiq baş nazir Konstatinos Mitsokatisin oğlu, sabiq xarici işlər naziri Teodora Bakoyanninin qardaşı və Afina şəhərinin icra başçısının yaxın qohumudur.

Mitsotakis xarici investisiyalar hesabı ilə daha yaxşı iş yerləri açacağına, vergiləri azaldacağını və iş imkanlarını artıracağına söz verib.

Yunanıstan yenicə işsizlik və yoxsulluğu əhatə edən maliyyə böhranından xilas olmağa başlayıb. Ölkə maliyyə xərcləri üçün Beynəlxalq Valyuta Fondundan, avrozonanın digər ölkələrindən və Avropa Mərkəzi Bankından milyardlarla dollar yardım almaq məcburiyyətində olub.

XS
SM
MD
LG