Accessibility links

Yunanıstanda meşə yanğının nəticəsində ölənlər dəfn olunur


Yunanınstanda ötən həftə Afina yaxınlığında yerləşən kurort zonasında baş verən ölümcül meşə yanğının qurbanlarının dəfn mərasimləri başlayıb.

Yüzlərlə insan bazar günü yanğına ən çox məruz qalan kurort şəhərciyi Matidə anım mərasimində iştirak edib.

Mərasimə yerli Ortodoks kilsəsinin rəsmisi Yepiskop Kirillos rəhbərlik edib.

Yunanıstan rəsmiləri yanğının qəsdən törədildiyini söyləyib. Yanğın quru hava şəraiti və saatda 100 kilometr sürəti olan küləklər səbəbilə çox sürətli şəkildə yayılıb.

“Biz hamımız iztirab çəkirik və hələ də bizi bir sual narahat edir: niyə? Nə üçün bu baş verdi?” - Marusinin meri Dimitris Patulis sual edib.

Yanğınsöndürmə rəsmiləri bazar günü 91 nəfərin öldüyünü, 25 nəfərin isə hələ də itkin olduğunu bildirib. Onların sözlərinə görə, qurbanların çoxu yanğında ölüb, bəziləri isə yanğından qaçarkən dənizdə boğulub.

Brüsseldə Epidemiologiya Araşdırmaları Mərkəzinə əsasən, bu, 1900-cu ildən bəri Avropada baş verən ən tələfatlı yanğın olub.

XS
SM
MD
LG