Accessibility links

Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir


Afinanın təxminən 35 kilometr məsafədəki Ippokratios Politia kəndindəki evdə bir adam yaxınlaşan alova hovuzdan su atır

Yunanıstanda meşə yanğınları Afinanın şimal bölgəsi və ölkənin digər yerlərində daha çox meşə və evlərin yanmasına səbəb olub və beynəlxalq yardım yolda olduğu bir vaxt daha çox insanı təxliyə edilmək məcburiyyəti qarşısında qalıb.

Rəsmilər cümə günü Afinanın şimalında, Evia adasında, Peloponnesdəki Mani, Messinia və ilk Olimpiya Oyunlarının keçirildiyi qədim Olimpiya bölgələri də daxil olmaqla hələ də yanan 154 meşə yanğını ilə mübarizə aparır.

Mülki Müdafiə nazirinin müavini Nikos Hardalias jurnalistlərə "Başqa, daha çətin bir gecə ilə üz -üzəyik" deyib. "Meşə yanğınları görünməmiş bir şiddət və yayılma gücünə malikdir, bütün qüvvələrimiz könüllülərlə birlikdə həyatları xilas etmək üçün gecə -gündüz mübarizə aparır."

Afina yaxınlığındakı Evia adasının şimal hissəsində, meşə yanğınları dördüncü gün sahilə qədər meşəlik sahələri bürüdüyünə görə sahil mühafizəsi 650 adamı qayıqla təxliyə edib.

Gecə yaxınlaşdıqca yanğınsöndürənlər Afinanın şimalında güclü küləklərin təsiri ilə Maraton gölünü bürüyərək Parnita dağına qalxmaqda olan alovların yenidən canlanması ilə yanğınlar mübarizəni davam etdirib.

Yunanıstan Avropanın çox hissəsi kimi bu yay mövsümü də ekstremal hava şəraiti ilə mübarizə aparır. Son 30 ilin ən ciddi istiləşmə hadisəsi olan bir həftə sürən şiddətli istilər ölkənin bir çox yerində eyni vaxtda meşə yanğınlarına səbəb olub, alovlar evləri və minlərlə hektarlıq ərazini yandırıb.

Qonşu Türkiyədə rəsmilər ölkənin ən dəhşətli meşə yanğınları ilə mübarizə aparırlar. Cənub-qərb sahil bölgələrini bürüyən alovlar on minlərlə insanı təxliyə olmağa məcbur edib. İtaliyada bu həftə isti küləklər Siciliya adasında meşələri alovlandırıb.

Polis cümə günü qapı-qapı gəzərək insanları Afinanın şimalındakı evlərini tərk etməyə çağırıb. Səlahiyyətlilər Afinanın şimalında daha çox evlərin, avtomobillərin və iş yerlərinin yanması səbəbiylə daha çox şəhər ətrafının boşaldılmasına göstəriş verib.

Yunanıstanın əsas siyasi müxalifət lideri Aleksis Tsipras deyib: "Tarixi miqyasda bir fəlakətin şahidi oluruq və əsas səbəb iqlim dəyişikliyidir. Yanğın cəbhəsindəki döyüşçülərimizə və bir neçə dəqiqə içində bir ömürlük səylərini itirənlərə dəstək olmalıyıq."

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG