Accessibility links

Yunanıstanda polislə miqrantlar arasında qarşıdurma yaşanıb


Yunanıstan polisi şənbə günü ölkənin şimal sərhədində qonşu ölkələrə keçib, ordan da şimali Avropaya üz tutmaq istəyən bir qrup miqrant və qaçqıla qarşıdurma yaşayıb.

Uşaqlar da daxil olmaqla yüzlərlə insan cümə axşamı Şimali Makedoniya ilə sərhədə yaxın yerləşən Diavata miqrant düşərgəsinin ətrafındakı əraziyə gəlib və orada çadırlar qurub.

Onları sosial mediada aprel ayının əvvəlində Yunanıntanın şimal-şərqdə Albaniya ilə sərhənini keçmək üçün mütəşəkkil hərəkat planı ilə bağlı xəbərlər təşviq edib.

İğtişaş polisi onlarla insana qarşı göz yaşardıcı qazdan istifadə edib. Onların bəzilərinin qucaqlarında uşaqlar olub və sərhədə aparan yola çatmaq üçün polisə daş və butılka atıblar.

Polisin mühafizə etdiyi ərazidə 100-ə yaxın çadır quraşdırılıb. İnsanlar nazirlərin onların yerləşdirmə mərkəzlərinə geri dönmələrinə dair çağırışları və yola davam etmələrinin mümkün olmayacağına dair xəbərdarlıqlara baxmayaraq ərazini tərk etməyi rədd edib.

“Sərhədlərin açılacağına dair məlumat yalandır” – deyə, miqrasiya naziri Dimitris Vitsas cümə günü Yunanıstanın dövlət ERT televiziyasında bildirib.

Əsasən Suriya, İraq, Əfqanıstandan onlar on minlərlə qaçqın və miqrant Balkan ölkələri 2016-cı ildə sərhədlərini bağlayanadna bəri Yunanıstanda ilişib qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG