Accessibility links

Yunanıstanda sərnişin bərəsində yanğın baş verib


Yunanıstanın Krit adasına istiqamət götürüb 1000 sərnişin daşıyan bərə çərşənbə günü avtomobil dayanacağında yanğın çıxandan sonra Pireus limanına geri dönnməyə məcbur olub.

Xəsarət alanlar barədə məlumat yoxdur. Yanğınsöndürənlər alovu söndürməyə davam etdiyi vaxt, insanlar Afinada avtobuslara köçürülüb.

Sahil Mühafizə xidməti yanğının səbəbini araşdırır. Yunanıstanda hazırda turizm mövsümünün ən qızğın çağıdır və hər gün adalara sərnişinlərlə dolu bərələr yola düşür.

XS
SM
MD
LG