Accessibility links

Yunan kilsəsi hökumətin dini xidmətlərə məhdiyyətləri aradan qaldırmasını istəyir


Yunanıstan hazır olub-olmamasından asılı olmayaraq məhdudiyyətləri götürür. Lakin bu, dərhal baş vermir, çünki hökumət yeni COVID yayılmalarının qarşısını almaq üçün dini xidmətlərə qoyulmuş qadağanı saxlayaraq, məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağı planlaşdırır. Yunan Pravoslav Kilsəsi planı qəzəblə qarşılayaraq, gözəllik salonları kimi müəssisələrdən əvvəl kilsələrə üstünlük verilməsini tələb edir.

Qarşıdurma Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin martın əvvəllərindən başlayaraq ölkədə tətbiq olunan geniş izolyasiya tədbirlərinin tədricən yüngülləşdirildiyini elan etdikdən sonra başlayıb.

Hökumət rəsmiləri Amerikanın Səsinə bildirirlər ki, məktəblər və kiçik biznes müəssisələri növbəti həftə ilk açılanlar arasında olacaq. Kilsələrin də qapıları açılacaq, ancaq ziyarətçilərin çox sayda dini xidmətlər üçün deyil, az sayda və özlərinin gəlib dua etmələrinə icazə veriləcək.

Ölkə arxiyepiskopu baş nazirə sərt məktub göndərərək, onu addımları yenidən nəzərdən keçirməyə çağırıb.

Lakin kilsənin sözçüsü, mitropolit Hieroteos hökuməti dini hakimiyyətə qarşı çevrilişdə ittiham edib.

"Onlar Kilsə haqda nə fikirdədirlər?" - deyə, jurnalistlər qarşısında danışan kilsə sözçüsü deyib. "Bunun hər hansı digər bir supermarket, ya da ittifaq və ya dırnaq və saç salonu olduğunu düşünürlər?" o əlavə edib.

O, kilsənin 200 ildən çoxdur ki, Yunanıstan adət-ənənəsinin bir hissəsi və xalq üçün rəhbər qüvvə olduğunu deyib.

Köməkçilərinin bildirdiyinə görə, baş nazirin planlarından geri çəkilməsi ehtimalı azdır.

Eyni zamanda ölkənin yüksək din xadimləri şurası bu həftənin sonunda təcili toplantı keçirməyi planlaşdırır. Şura may ayında gecikmiş Pasxa xidmətlərini həyata keçirmək üçün kilsələrin ölkə daxilində tezliklə açılmasını istəyir. Kilsə xidmətləri koronavirusun yayılmasının qarşısını almaq məqsədiləümumxalq mübarizə tədbirləri çərçivəsində dayandırılmışdı.

Qarşıdurma Yunanıstanda dövlətin Yunan Pravoslav Kilsəsi ilə sıx əlaqələrini yenidən nəzərdən keçirməyə ehtiyacın olub-olmaması ətrafında mübahisələrə səbəb olub. Solçu görüşləri ilə tanınan şərhçi Nikos Vlavianos ayrılma tərəfdarıdır.

O, bu kimi müdaxiləni absurd adlandırır və 21-ci əsrdə Yunanıstanda kilsənin dövlətdən ayrılmadığını dünyaya xatırlatdığını deyir.

Yunanların təxminən 90 faizi pravoslav xristianları kimi tanınır, lakin onlar arasında neçə nəfərin müntəzəm olaraq kilsəyə getdiyi məlum deyil.

Pravoslav Kilsəsi Yunanıstan dövlətindən təxminən 1500 il əvvəl meydana gələrək, yunan cəmiyyəti ilə sıx bağlıdır.

Tarix boyu onları ayırmaq cəhdləri müqavimətlə qaarşılaşıb. Yunanların çoxu 400 illik Osmanlı hakimiyyəti ərzində Pravoslav inancının qorunmasında kilsənin əsas rolunu qeyd edir.

XS
SM
MD
LG