Accessibility links

Yunanıstan əlavə yardım almağa çalışır


Hökumətin xərclərin azaldılması ilə bağlı təklifləri qəbul olunmayıb

Yunanıstan hökuməti beynəlxalq kreditorlardan əlavə yardımlar almaq məqsədi ilə yeni ciddi iqtisadi qənaət tədbirləri ətrafında razılığa gəlməkdə çətinlik çəkir.

Yunanıstan rəsmiləri 15 milyard dollara yaxın büdcə xərclərini azaltmaq planını müzakirə etmək üçün Avropa Birliyinin maliyyə müfəttişləri, Avropanın Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Lakin dövlət qulluqçuları üçün nəzərdə tutulan iş yerlərində ixtisar barədə razılıq əldə olunmayıb.

Yunanıstan iqtisadi qənaət planını təstiqləməyə çalışaraq iki il üçün nəzərdə tutulmuş ikinci 40 milyard dollarlıq yardım paketini almaqla defolta yol verməməyə çalışır.
Yunanıstanın maliyyə naziri Yannis Stournaras kreditorlarla danışıqların çətin olduğunu bildirib.

Yunanıstanın koalisiya hökumətində azlıq təşkil edən Sosialist partiyasının lideri Evangelos Venizelos bildirib ki, kreditorlar Yunanıstanın təklifərini qəbul etməyib.
XS
SM
MD
LG